Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai əlaqələr

Əsas məqsədi dövlət or­qanları və ictimai funksiyalar yerinə yetirən təşkilatların qərarlarının siyasi, iqtisadi və sosial həyat üçün əhəmiyyəti, gözlənilən nəticələri barədə cəmiyyəti məlu­matlan­dırmaqdan, qarşılıqlı ünsiyyət yaratmaqdan ibarət fəaliyyət növü.

İ.Ə. bir tə­rəf­dən dövlət və qeyri-hökumət struk­turları, kommersiya təşkilatları, digər tərəfdən isə cəmiyyət arasında müna­sibətlərin tən­zim­lənməsinə xidmət edir. Mahiyyətcə eyni olan İ.Ə. və «pablik rileyşnz» terminləri Azərbaycan dilində praktik istifadədə fərqli məna çalarlarına malikdir. «Pablik rileyşnz» («piar») daha çox birtərəfli təsir forması, İ.Ə. isə dialoq kimi başa düşülür. Məhz buna görə, mə­sələn, «qara piar» anlayışı mövcuddur, «qara İ.Ə.» isə deyilmir.

Jurnalistika terminləri lüğəti