yun. empatheia – başqasının hislərini anlamaq
Başqa insanın emosional vəziyyətini, yaşantılarını öz vəziyyətin kimi hiss etmək, özünü həmsöhbətinin yerinə qoya bilmək bacarığı.
E. müəyyən ixtisas sahiblərinin – müəllimlərin, həkimlərin, jurnalistlərin, yazıçıların – peşə fəaliyyətində onlara gərək olan mühüm keyfiyyətdir. Xüsusilə hadisələrin birinci şəxsin adından nəql edildiyi oçerklərdə, esselərdə, memuarlarda və s.-də bu bacarıq materialın keyfiyyətinə güclü təsir göstərir.
Jurnalistika terminləri lüğətiyun. epigraphe – yazı, kitabə
1. Əsərin, məqalənin başlanğıcında, yaxud hər hissəsinin əvvəlində ayrıca verilmiş sitat, aforizm, dərinmənalı fikir.
E. əsərin ideyası, ruhu, müəllifin məqsədi haqqında oxucuda ümumi təsəvvür yaradır. Ondan ədəbiyyatda, kinematoqrafiyada, musiqidə, jurnalistikada geniş istifadə olunur.
2. Binanın, abidənin üzərində yazı, sitat.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. eros – sevgi, ehtiras
Cinsi duyğular və onlara bağlı olan hislərin oyatdığı şəhvani ehtiras, həyəcan.
Bu termin qədim yunan mifologiyasında eşq ilahı Erotun adından yaranıb. E. anlayışının konkret izahını vermək çətindir və belə bir izah qanunvericilikdə yoxdur. Buna görə də onun yozumu, pornoqrafiyadan fərqi bir çox hallarda, xüsusilə təsviri sənətdə, ədəbiyyatda, jurnalistikada mübahisələr doğurur. Dar mənada E. seksuallığın psixoloji aspektləri və onların ünsiyyətdə, davranışda, dəbdə, incəsənətdə təzahürü kimi başa düşülür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiPornoqrafiya elementləri daşımadan cinsi hislərə, seksual münasibətlərə maraq və meyil doğuran, erotik məzmunlu materiallardan ibarət çap məhsulu.
Adətən, icra hakimiyyəti orqanları belə materialların nəşri sahəsində ixtisaslaşmış qəzet və jurnalların, digər çap məhsullarının satışına yalnız müəyyən şərtlər daxilində icazə verir: bunun üçün xüsusi yerlər ayırırlar, nəşrlərin ağzıbağlı şəffaf örtükdə satılmasını tələb edirlər və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiPornoqrafiya elementləri daşımadan cinsi hislərə, seksual münasibətlərə maraq və meyil doğuran, erotik səhnələr əks etdirən proqramlar.
Azərbaycanda teleradio sahəsində fəaliyyətə nəzarət həyata keçirən dövlət orqanı E.P.-lara «şəhvət hissinin oyadılması, cinsi əlaqə aktının nümayişi və ya digər seksual təminolunmaların, seksual mənsubiyyətin göstərildiyi film və proqramları, seksual münasibətlərdən bəhs edən söhbətləri» aid edib. Onların nümayişi üçün xüsusi qayda müəyyənləşdirilib: səhər saat 7-dən gecə 11-dək E.P. və səhnələrin yayımlanması yolverilməzdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. essai – təcrübə, sınaq
Konkret mövzuya, yaxud hansısa problemə həsr olunmuş, müəllifin məsələyə baxışını və düşüncələrini əks etdirən sərbəst formalı, kiçikhəcmli yazı.
E. – ədəbiyyatın, fəlsəfənin, jurnalistikanın qovuşuğunda yaranmış janrdır. Ayrıca janr forması kimi ona ilk dəfə fransız filosofu və yazıçısı Mişel Montenin Les Essais (1580) əsərində rast gəlinir. XVIII–XIX əsrlərdə E. Avropada ədəbi tənqid, publisistika və jurnalistika sahəsində aparıcı janrlardan birinə çevrilir. Müasir Qərb jurnalistikasında E. termini bütün kiçikhəcmli elmi və publisistik məqalələrə şamil edilir.
Jurnalistika terminləri lüğətiTipik şəraitlərdə insanların davranışlarına şamil edilən sosial tələblər, qaydalar və qadağalar sistemi.
Cəmiyyət hər bir fərdin öz həyat və fəaliyyəti dövründə rast gəldiyi problemləri bu qayda və qadağalara uyğun həll etməsini istəyir. Hüquq normalarından fərqli olaraq E.P. qanunlara deyil, adət-ənənələrə, insanın əxlaqi şüurunda formalaşmış təsəvvürlərə əsaslanır və dövlət orqanları tərəfindən yox, ictimai rəylə qiymətləndirilir. Jurnalistikada E.P., yəni peşə davranışı qaydaları professional qurumların tərtib etdiyi kodekslərdə öz əksini tapır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. ethos – ənənə, xarakter
1. Əxlaq və mənəviyyatı ictimai şüurun forması, insanın həyat fəaliyyətinin əsaslarından biri kimi öyrənən fəlsəfi təlim, elm sahəsi.
2. Müəyyən tarixi dövrdə, sosial mühitdə, yaxud professional dairədə qəbul olunmuş əxlaq və davranış qaydaları, prinsipləri sistemi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMüəyyən tarixi dövrdə, sosial mühitdə, yaxud professional dairədə qəbul olunmuş əxlaq və davranış qaydalarının, prinsiplərinin külliyyatı, habelə bu külliyyatı özündə əks etdirən sənəd.
Tarixi dövrün E.K.-nə SSRİ-də məşhur «Kommunizm qurucusunun əxlaq kodeksi», sosial mühitin E.K.-nə «Daosizmin on qaydası», professional E.K.-lərinə isə «Hippokrat andı», «Vəkil andı», YUNESKO-nun təşəbbüsü ilə qəbul olunmuş «Jurnalistlərin peşə etikasının beynəlxalq prinsipləri» misal ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. eu – yaxşı + yun. phemia – danışıram
Kobud, ədəb normalarından kənar ifadənin əvəzinə işlədilən nisbətən yumşaq, stilistik baxımdan neytral söz, yaxud ifadə.
Jurnalistikada E.-lərdən bəzən olayın mahiyyətini pərdələmək, gizlətmək məqsədilə istifadə olunur (məsələn, «işgəncə» əvəzinə «fiziki təsir»). Lakin çox vaxt E.-lər yazıda, yaxud çıxışda söyüşə, ədəbsizliyə yol verməmək, mətnin neqativ yükünü azaltmaq məqsədi güdür. Belə vəziyyətlərdə, adətən, jurnalistlər cümlədə «yumşaq desək», «ən yaxşı halda» kimi ifadələr işlətməklə oxucu, tamaşaçı və ya dinləyiciyə E.-in hansı sözü əvəz etdiyini təxminən müəyyənləşdirmək imkanı verirlər.
Jurnalistika terminləri lüğətiyun. – eramızdan öncə VI əsrdə yaşadığı ehtimal edilən antik yunan təmsilçisi Aisopos-un adından
Fikrin birbaşa deyil, üstüörtülü, məcazlar vasitəsilə çatdırılması.
Trakiyalı qul Ezop öz sahiblərinin eyiblərini birbaşa göstərə bilmir, bunun üçün təmsillərində alleqoriyadan istifadə edirdi. Ezopun əlyazmaları qalmayıb, onun təmsillərinə yazılı halda təxminən üç əsr sonra tərtib olunmuş mənbələrdə rast gəlinir. Herodot (e.ə. V əsr) və Aristotelin (e.ə. IV əsr) məlumatlarına görə, Samos adasında qul olan Ezop azadlığa buraxılıb və Delfidə öldürülüb. Plutarx (I əsr) isə təmsilçinin delfililəri təhqir etdiyinə görə qayadan atıldığını bildirir. E.D.-ndən daha çox qapalı cəmiyyətlərdə, tənqidə görə təqiblərin güclü olduğu mühitdə yazıçı və jurnalistlər istifadə edirlər.
Jurnalistika terminləri lüğəti