Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ekoloji jurnalistika

Ətraf mühit və onun komponentləri ilə əlaqədar problemləri, ekoloji tədbirləri işıqlandıran jurnalistika sahəsi.

E.J.-nın, başqa sözlə, ekojurna­listikanın əsas məqsədi insanları ətraf mühitin vəziyyəti barədə daim məlu­mat­landırmaq, həm yerli, həm də bey­nəl­xalq ictimaiyyətin diqqətini təbiətin, mədə­niyyət abidələrinin mühafizəsinə yö­nəlt­mək, insanların sağlamlığı və təhlü­kə­sizliyi qayğısına qalmaq, təbiətlə har­moniyada yaşamaq qaydalarını vətən­daşlara təlqin etməkdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti