Reklam
Reklam

Tarix terminləri lüğəti

yəhudi yazısı

İvrit, idiş və ladino (ispan yəhudilərinin dili) dillərində danışan yəhudilərin əlifbası.

Tarixi qaynaqlar Y.Y.-nın artıq e.ə. XI əsrdə mövcud olduğunu göstərir. Bu əlifba ilə sağdan-sola yazılmış ən qədim abidələr isə e.ə. X əsrə aid edilir. Y.Y.-nın Finikiya əlifbası əsasında yaradıldığı ehtimal olunur. Y.Y.-nda da Finikiya əlifbasındakı kimi erkən mərhələdə sait səsləri göstərən hərflər olmayıb, yalnız VII–VIII əsrlərdən başlayaraq saitləri diakritik işarələrlə – hərəkələrlə göstərməyə başlayıblar.

Tarix terminləri lüğəti