Reklam
Reklam

Tarix terminləri lüğəti

Finikiya əlifbası

Finikiyalıların, karfagenlilərin, eləcə də yəhudilərin və moavitlərin istifadə etdikləri yazı sistemi.

Yazılı abidələri e.ə. II minilliyin II yarısından eramızın IV əsrinədək dövrü əhatə edən F.Ə.-nın qədim Uqarit və qədim Ərəbistan heca yazılarından yarandığı ehtimal olunur. F.Ə.-nın bizə gəlib çatmış variantında yalnız 22 hərf var, lakin qədimdə burada 29-30 hərfin olduğu güman edilir. Dünya səsli-hərfli əlifbalarının, demək olar ki, hamısı F.Ə.-ndan törəyib.

Tarix terminləri lüğəti