Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

xorvat qoyun iti

Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins.

XIV əsrdən yetişdirilir. Orta ölçülərə malik olan, əsasən qara rəngli, baş və ayaq nahiyyələrində qısa tükə malik, sinə və pəncə nahiyyəsində ağ ləkələr olan cinsdir. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Hündürlüyü 40-50 sm, çəkisi 13-20 kq arası olur. Xəstəliyə davamlı və sağlam cinsdir. X.Q.İ. saxlanması üçün aktiv həyat sürməsi vacibdir. Təlim görmüş itlər insanların əmrinə tabe olaraq aqressiv və səs-küylü ola bilir. 3-4 aylığında sürünü otaran itlərə qoşulur, 6 aylığında isə tamamən sərbəstləşir.

Biologiya terminlərinin izahlı lüğəti