alm. walpurgisnacht
1. Qədim germanların aprelin 30-dan mayın 1-nə keçən gecə qeyd etdikləri bahar bayramı.
2. VIII əsrdə formalaşmış alman xalq inanclarına görə, Brokken dağında ifritələrin bayramı (“ifritələrin böyük gecə məclisi”).
Xristianlıqdan öncəki ənənələrlə əlaqədar olan bu bayram katolik müqəddəsi Valpurgiyanın mayın 1-də qeyd olunan xatirə gününə təsadüf etdiyindən belə adlandırılıb.
Tarix terminləri lüğəti