Reklam
Reklam

Etimologiya lüğəti

tülkü

Mənbələrdə bu sözün tüklü forması da mövcuddur. Deməli, tülkü tarixən “tükü çox olan heyvan” mənasını əks etdirib. Mənbələrdə sözün tüklü, tülük formaları da qeydə alınıb və ruscaya волосатый, пушистый şəklində tərcümə olunub. Qabığı tüklü şaftalıya dialektlərdə hulu (tülü, tüklü) şaftalı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti