Hər hansı şəxsiyyətin (əksər hallarda dövlət xadiminin) tarixdəki rolu və xidmətlərinin süni şəkildə şişirdilməsi, onun tarixi proseslərə həlledici təsir imkanlarının olmasının iddia edilməsi.
Öncə Ş.P. dini və dünyəvi hakimiyyət nümayəndələrinin ilahiləşdirilməsi, onlara fövqəltəbii keyfiyyətlərin şamil olunması, imperator, kral və şahların, eləcə də ali ruhanilərin hakimiyyətinin müqəddəsləşdirilməsi formasında təzahür edib. Müasir dövrdə isə Ş.P. avtokratiyanın əsasında durur. SSRİ-də İ.Stalin, Çində Mao Tszedun, Şimali Koreyada Kim İr Senin şəxsiyyətinə pərəstiş mövcud olub. Bütün hallarda Ş.P. kütləvi qanunsuzluqlar və insan hüquqlarının pozulması ilə müşayiət olunur.
Tarix terminləri lüğəti