Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

seçkiqabağı təşviqat kampaniyası

Seçkiqabağı təşviqatın aparılması üçün hə­yata keçirilən silsilə tədbirlər, seçki hərə­kətləri.

S.T.K. seçkilərdən bir neçə ay, yaxud bir neçə həftə əvvəl başlanır (bu müddət qanunla müəyyənləşdirilir) və səs­verməyə bir gün qalmış dayandırılır. KİV ilə seçkiqabağı təşviqat açıq müzakirələr, də­yirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında hə­yata keçirilir. Hər bir qeyri-dövlət kütləvi informasiya vasitəsi S.T.K.-nda iştirak edib-etməməyi sərbəst şəkildə müəyyənləşdirir. Dövlət (ictimai) mülkiyyətində olan me­­di­a­­nın kampaniyada iştirak forması qanun­vericiliklə tənzimlənir. S.T.K.-na qoşulmuş KİV namizədlərə bərabər imkanlar ya­rat­maq, onların təşviqat materiallarına öz şərhlərini əlavə etməmək kimi qismən qanunlarla, əsasən, beynəlxalq sənədlər və peşə kodeksləri ilə müəyyənləşdirilmiş şərtlərə əməl etmək öhdəliyi daşıyır.

See also:

Jurnalistika terminləri lüğəti