lat. rehabilitatio < re – yenidən + habilitatis – yararlılıq, iqtidarında olma
1. Ləkələnmiş adın təmizə çıxarılması, əvvəlki nüfuzun bərpası.
2. Məhkəmə qərarı əsasında, yaxud inzibati qaydada hüquqların bərpası, bəraət verilməsi.
3. Xəstəlik, emosional sarsıntı, stres keçirmiş şəxsin sağlamlığının və əmək fəaliyyətinin bərpasına yönəldilmiş tədbirlər kompleksi.
Münaqişə zonalarında çalışan, uzun müddət konfliktləri işıqlandıran jurnalistlərin R.-sı üçün proqramlar, mərkəzlər mövcuddur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti