Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

quş qoymaq

Yoxlanılmasına, üzərində işlənilməsinə ehtiyac olan faktın, sözün, cümlənin yerini unutmamaq üçün mətnin həmin sətrini, abzasını işarələmək.

Adə­­­tən, redaktor material üzərində işləyərkən şübhəli faktı, sitatı və s.-ni konkret şəraitdə yoxlamaq imkanı olmadıqda, buna vaxtı çatmadıqda həmin işarədən istifadə edir. İfadə dilimizə «ente» kimi tələffüz olunan «NT» termininin ruscaya tərcüməsindən kalka kimi keçib. «NT» termini XVIII əsrdə alman jurnalistikasında yaranıb. Peşə re­putasiyasını qoruyan naşirlər dəqiqliyinə əmin olmadıqları məlumatları dərc etdikdə onları «non testatur», yəni latınca «yox­lanılmayıb» ifadəsinin baş hərfləri ilə (NT) işarə­ləyirdilər. Alman dilində isə «ente» həm də ördək, quş deməkdir. Sonradan anlayışın mənası genişlənib: o, Avropada qəzet­lərin yalan xəbərlərinin simvoluna çevrilib. Rus dilində «газетная утка» (qəzet ördəyi) ifadəsi həmin terminin hərfi tərcüməsidir. Azərbaycan jurnalistikasında isə ondan «quş buraxmaq», «qəsdən quş buraxmaq» formasında istifadə edilir.

Jurnalistika terminləri lüğəti