Bayraqlarında qara qoyun təsvir olunduğu üçün belə adlandırılmış türk tayfa birliyi.
Mənşəcə oğuzlara aid olan Q. ilk əvvəl Van gölünün cənubunda məskunlaşıblar, sonradan isə ətraf ərazilərə yayılıblar. Q.-a baharlılar tayfası başçılıq edib. 1410-cu ildə onlar Q. dövlətinin əsasını qoyublar, lakin 1468-ci ildə Ağqoyunlulara məğlub olaraq regionda hakim mövqelərini itiriblər. Q. Azərbaycan xalqının etnogenezində fəal iştirak ediblər.
Tarix terminləri lüğəti