1. Fransada 1791 və 1848-ci illər konstitusiyaları ilə müəyyən edilən qanunverici orqan.
Birinci Q.M. 1791-ci il oktyabrın 1-dən 1792-ci il sentyabrın 20-dək fəaliyyət göstərib və öz yerini Milli Konventə verib. İkinci Q.M. isə 1849-cu il mayın 28-dən Lui Napoleon Bonapartın dövlət çevrilişinə kimi (2 dekabr 1851) fəaliyyətdə olub.
2. Bir sıra dövlətlərdə (məs.: Kosta-Rika, Salvador) parlamentin adı.
Tarix terminləri lüğəti