Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

maarifçi realizm

XVII–XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən maarifçi cərəyan.

Maarifçi realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərindən Volter və Didronun nəsrində özünü göstərib. Maarifçi realistlər müsbət, şüurlu insanın tərbiyə və təhsil sayəsində yeti­şəcəyinə inanırdılar. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətləri və insanların qüsurlarının avamlıq və savad­sız­lığın nəticəsi kimi göstərilməsi əsas olub. Azərbaycan ədə­biy­yatında maarifçi realizmin bariz nümayəndələri A.Bakı­xanov və M.F.Axundzadə idi. Sonralar C.Məm­məd­quluzadə, N.Nə­rimanov, N.Vəzirov kimi ədiblərin yara­dı­cı­lı­ğında maarifçi realizm baxışları özünü göstərib. Azər­baycanda sovet rejimi yarandıqdan sonra tədricən maarifçi realizm cərəyanı sosialist realizmi ilə əvəz olunub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti