Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

leksik şəkilçi

Sözün leksik mənasını dəyişdirən şəkilçi.

Lek­sik şəkilçilər sözün mənasını dəyişsə də, yeni sözlə kök arasında məna yaxınlığı olur; məs.: göz-lük, yaz-ı-çı, gör-üş, ailə-vi, neft-çi, bir-ləş və s. Misallardan da göründüyü kimi, sözlərə qoşulan şəkilçilər bir mənadan başqa bir məna ya­rat­mışdır. Göz insanın bədən üzvlərindəndir, lakin gözlük gözə taxılan bir əşyadır. Dilimizdə leksik şəkilçilər sözə qram­matik şəkilçilərdən əvvəl qoşulur: kitab-xana-çı-lar-ımız-dır və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti