Reklam
Reklam

Tarix terminləri lüğəti

köçürmə siyasəti

XVIII əsrin ortaları – XX əsrin əvvəlində çar Rusiyasının müstəmləkə siyasətinin formalarından biri; mahiyyətini etnik rusların imperiyanın mərkəzi hissəsindən müstəmləkə ucqarlarına köçürülməsi təşkil edən siyasət.

Azərbaycanda K.S.-nin tətbiqinə XIX əsrin əvvəlində, ölkənin Rusiya tərəfindən işğalından sonra başlanılıb. Buraya köçürülənlər arasında təkcə ruslar deyil, erməni, alman, polyak və digər xristian xalqlarının nümayəndələri də olub. Köçürülənlərin əsas hissəsini isə ermənilər təşkil edib. Ümumilikdə XIX əsr – XX əsrin əvvəlində Azərbaycan ərazisinə 1 milyona yaxın xristian köçürülüb. K.S.-nin əsas məqsədi regionda demoqrafik vəziyyəti süni surətdə xristian xalqlarının xeyrinə dəyişməklə burada Rusiyanın hərbi-strateji, siyasi və iqtisadi mövqelərini möhkəmlətməkdən ibarət olub.

Tarix terminləri lüğəti