çin. jīmǎkè
Qərbi Sibirdə, İrtış çayı ilə Altay dağları arasında məskunlaşmış türk tayfası.
Mahmud Kaşğari “Divanü lüğat-it-türk”də K.-ı “yemekler” adlandırır, digər mənbələrdə bu terminə «kaymaklar», «kiməklər» formasında da rast gəlinir. Bu baxımdan tayfanın adının kimak/yemek/kaymak kimi yazılması və oxunması qüsur sayılmır. VI–VII əsrlərdə Qərbi Türk xaqanlığının tərkibinə daxil olan K. VIII əsrdə öz müstəqil dövlətlərini yaradıblar. XI əsrin əvvəlində onlar qıpçaqlardan asılı vəziyyətə düşüblər. Bundan sonra həmin tayfanın nümayəndələrinin qıpçaqlarla qaynayıb-qarışdığı ehtimal olunur. Qıpçaqların tərkibində qərbə doğru hərəkət edən K.-ın bir qismi XIII əsrin I yarısında Azərbaycana da gəlib.
Tarix terminləri lüğəti