fr. gendarmerie < gens – insanlar + armes – silah
Polisin tərkibində hərbiləşdirilmiş xüsusi birləşmə.
İlk öncə XIII–XVII əsrlərdə fransız krallarının ağır silahlı atlı cəngavərlərdən ibarət qvardiyası belə adlanıb. Müasir anlamda isə termin XVIII əsrin sonlarından, 1791-ci ildə Fransanın inqilabi hökuməti orduda və ölkənin daxilində mühafizə funksiyasını yerinə yetirən jandarm korpusu yaratdığı vaxtdan işlədilir. Hazırda hərbi polis funksiyası daşıyan J.-lar Fransa, Argentina, Türkiyə və s. ölkələrdə var. Rusiyada 1827–1917-ci illərdə mövcud olmuş J. isə çarizmin siyasi rəqiblərinə qarşı cəza aparatı kimi fəaliyyət göstərib.
Tarix terminləri lüğəti