Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ikinci növ təyini söz birləşməsi

Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənən təyini söz birləşməsi; məs.: erməni vəhşiliyi, fars şovinizmi, həyat tərzi və s.

İkinci növ təyini söz birləş­məsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur (silah anbarı, vətən həsrəti və s.). İkinci növ təyini söz bir­ləşməsinin tə­rəfləri arasına başqa söz artırmaq olmur. Təyini söz bir­ləş­mələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur; məs.: atalar sözü, dillər əzbəri, müəllimlər otağı, ziyalılar evi, qocalar evi və s. İkinci növ təyini söz birləş­məsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti