Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai qınaq

Toplumda qəbul olunmuş davranış qaydalarını pozan şəxslərə qarşı ictimai etiraz forması, açıq şəkildə ifadə edilən tənqidi münasibət.

İ.Q. sosial mü­nasibətlərin qanunların gücünə müra­ciət etmədən tənzimlənməsi vasitəsidir. Professional jurnalist təşkilatları peşə eti­kası prinsiplərini pozan həmkarlarına və KİV-ə, adətən, bu üsulla təsir göstərir, onları səhvlərini düzəltməyə məcbur edir, yaxud əxlaq normalarını və qanunları pozmaqdan çəkindirir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti