Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

geosinklinal qurşaq

Yer qabığının tektonik cəhətdən çox fəal, hərəkətdə olan sahəsi.

G.Q.-lar okean və materiklitosfer tavalarının sərhədlərini, yaxud riftlər əmələ gələn digər böyük sahələri əhatə edir. Onların uzunluğu on minlərlə kilometr, eni yüzlərlə, bəzi yerlərdə minlərlə kilometr olur. G.Q.-lar intensiv tektonik deformasiyaya uğrayır, burada qırışıqlar, dağəmələgəlmə, Yer qabığının qalınlaşması prosesləri gedir. Yerin tarixinin son 1,6 mlrd. illik mərhələsində əksər hissəsi Şimal yarımkürəsində yerləşən 5 G.Q. inkişafda olub: Sakit okean, Aralıq dənizi, Ural-Monqol, Atlantik və Arktik G.Q.-ları.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti