Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tektonik deformasiya

Yerin dərinlik qüvvələrinin təsiri ilə süxur kütlələrinin həcminin, yatım formasının, daxili strukturunun dəyişməsi.

İstiqamətləndirilmiş qüvvələrin təsirindən üç növ deformasiya əmələ gəlir: elastik, plastik və qırılma. Yer qabığında ən çox plastik və qırılma deformasiyaları yayılmışdır. Plastik deformasiyada mineralların ayrı-ayrı dənələrində translyasiya yerdəyişməsi ilə yanaşı dənələrin birinin digərinə nisbətən diferensial yerdəyişməsi də baş verir. Qırılma deformasiyası mineral dənələrinin xırdalanması, çat, yarıq və s.-nin əmələ gəlməsi ilə müşayiət olunur.

Coğrafiya terminləri lüğəti