yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + alm. landschaft – ölkə, mahal
Geoloji quruluş, yaranma və inkişaf tarixi, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları ilə seçilən yekcins ərazi.
C.L.-ın müxtəlif tərifləri var. Lakin istənilən halda landşaft dedikdə müəyyən fiziki-coğrafi rayonun (ərazinin) təbii-coğrafi kompleksi nəzərdə tutulur. Süxur və torpaqlar, yeraltı və yerüstü sular, atmosferin kimyəvi tərkibi və hava kütlələri, bitki örtüyü və heyvanlar aləmi C.L.-ın bir-biri ilə əlaqəli komponentləridir. İnsanların yaratdıqları C.L. antropogen landşaft, təbii və süni (antropogen) landşaftların uzlaşması isə müasir landşaft adlandırılır. C.L. coğrafiya elmində fundamental anlayış, fiziki-coğrafi rayonlaşdırmanın əsas vahididir. C.L.-ların tədqiqi və xəritələşdirilməsi təbiətdən səmərəli istifadə, habelə onun qorunması üçün vacibdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti