İlk komponenti fars dilindən alınmadır və cadugər sözünün köküdür. Piti isə türk mənşəlidir. Qədim mənbələrdə “müqəddəs yazı, mətn” mənalarında (bitik formasında) qeydə alınıb. Bitik daş ifadəsi rus dilində “камень с надписыю” kimi tərcümə olunub. M.Kaşğarinin “Lüğət”ində biti sözü var və mənbələrdə ruscaya “кисть для письма” şəklində tərcümə olunub. Cadu-piti kəlməsi bütövlükdə “sehrbazlıq yazısı” kimi anlaşıla bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti