Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

buzlaq çöküntüləri

Quru səthində müasir və qədim buzlaqların, əriyən buzlaq sularının fəaliyyəti nəticəsində əmələ gələn çöküntülər.

Hərəkət edən B.Ç. müxtəlif süxur qırıntılarını özü ilə aparır, onları parçalayır və öz yolu boyu, yaxud əriyib qurtardığı yerlərdə çökdürür. Aysberqlərin tərkibində olan və onların əriməsi ilə əlaqədar dəniz və okeanların dibində toplanan çöküntülərə də B.Ç. deyilir.

Coğrafiya terminləri lüğəti