Reklam
Reklam

Tarix terminləri lüğəti

Azərbaycan legionu

Azərbaycanlılardan təşkil olunmuş və 1941–1945-ci illərdə Almaniyanın tərəfində bolşevizmə qarşı vuruşmuş silahlı birləşmələrin ümumi adı.

Digər milli legionlarla yanaşı, A.L.-nun da yaradılması haqqında qərar Almaniya rəhbərliyi tərəfindən 1941-ci ilin noyabrında qəbul olunub. İlk hərbi hissələr isə artıq həmin ilin sonunda, əsasən, həmin dövrdə alman həbs düşərgələrində əsir həyatı sürən azərbaycanlılardan təşkil edilib. 1943-cü ilin axırına yaxın A.L.-nun tərkibində 15 səhra batalyonu, 21 tikinti və təchizat hissəsi fəaliyyət göstərib, onların sıralarında 25 mindən 35 minədək döyüşçü olub. Legionun rəhbəri Ə.Fətəlibəyli-Düdənginski (1908–1954) deyib: “Biz nasional-sosializm və Almaniya uğrunda deyil, müstəqil və azad Azərbaycan uğrunda bütün bəşəriyyətin ən böyük bəlası olan kommunizmə qarşı vuruşmuşuq”.

Tarix terminləri lüğəti