İsmin söz birləşməsi və ya cümlə daxilində əlamət anlayışı ifadə etməsi; sifətləşmə.
Nümunə: daş (necə?) hasar, yun (necə?) corab, dəri (necə?) çanta və s. Atributivləşmə morfoloji hadisə deyil, daha çox sintaktik hadisədir. Belə ki, isim kontekst daxilində sifətləşərkən morfoloji baxımdan dəyişmir, yəni isim olaraq qalır, sadəcə, təyin rolunda çıxış edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti