Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

anderqraund mətbuatı

ing.  underground – yeraltı

1. Kütləvi mədəniyyətə, yara­dıcılıq sahələrində əsas cərəyanlara qarşı çıxmış qrupların fəaliyyətini əks et­dirən mətbuat vasitələri.

A.M., əsasən, çağdaş incəsənətdə, musiqidə, ədəbiy­yatda, ki­noda yer alan ən müasir, avanqard pro­sesləri işıqlandırır.

2. Qeyri-leqal şə­raitdə, rəsmi qeydiyyatsız istehsal edilən və yayı­lan kütləvi informasiya vasitələri.

A.M. termini II Dünya müharibəsindən sonra Qərbi Avropada və Amerikada yara­dıcı in­sanların sürətlə yayılan kütləvi mə­də­­niy­yə­tə etiraz formalarından biri kimi meydana çıxdı. Tezliklə bu termin ondan əvvəlki və sonrakı dövrlərdə repressiv rejimlərdə gizli çap olunan nəşrlərə də aid edilməyə baş­landı. 1970–80-ci illərdə Sovet İttifaqına daxil olan respubli­ka­larda, Şərqi Avropa öl­kələrində döv­lətin icazəsi olmadan dərc edilən və ya­yılan, samizdat adlanan jurnallar, qəzetlər və s. A.M.-na misal ola bilər.

Jurnalistika terminləri lüğəti