1. Qoşulan, özü hərəkət edə bilməyən. □ Qoşma inventar.
2. Bir-birinə qoşulan, bağlanan, bir- ləşdirilən.
3. Bax: qoşmaq.... Ətraflı
Dilçilik. Müstəqil mənası olmayıb, nitq hissələrindən sonra gəlib müxtəlif münasibət bildirən köməkçi söz; məs.: görə, ötrü, başqa.... Ətraflı
Ədəbiyyatşünaslıq. Hər bəndi dörd misradan ibarət lirik şeir forması. □ Vaqifin qoşmaları.... Ətraflı
Şeirin bu növü qoşuq kimi də işlədilib. Misraların bir-birinə bağlanması (qoşulması) ilə bağlı bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Aşıq ədəbiyyatında hər bəndi 4 misradan, hər misrası 11 hecadan ibarət olan lirik janr. □ Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Qoşmanın bəndlərinin sayı, əsasən, 3, 5, 7 olur. Son bənddə − möhürbənddə aşığın adı və ya təxəllüsü veril... Ətraflı
Əsas nitq hissələrinə qoşularaq onların başqa sözlərlə sintaktik əlaqəsinə xidmət edən köməkçi nitq hissəsi. □ Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Məsələn, kimi qoşması aid olduğu sözlərdən asılı olaraq müqayisə, zaman, məkan, tərz... Ətraflı
Əsas sənəddə əksini tapmış fakt və rəyləri təsdiq, yaxud izah etmək üçün ona artırılan əlavə.... Ətraflı
Hər qoşma bəndindən sonra gəraylı və bayatı bəndinin də işləndiyi az rast gəlinən şeir forması. Nümunə:
Sən mənim qədrimi bilmədin, canan,
İndən sonra bu dostluğu duala.
Görəndə didarın sənin hər zaman
Düşər könlüm yüz min iki xəyala.
Xəyal etdi... Ətraflı
Qoşma və müstəzadın sintezindən yaranmış aşıq şeir şəkli. □ Bəzən müstəzad-qoşma da adlanır. Hər bəndin sonunda beşhecalı bir misra – ayaq-müstəzad gəlir. Bu misra nəticə, göstəriş, inandırma çalarlarında işlənir; məs.:
Neçə müddət qərq oldular t... Ətraflı
1. Arabanı və s. çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s. bağlamaq. □ Öküzləri kotana qoşmaq.
2. İlişdirmək... Ətraflı
Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. □ Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. (M.Ə.Sabir)... Ətraflı