Onlayn lüğət

Ən son əlavə edilənlər

781

abi-əngur

1. Üzüm suyu.
2. Şərab....    Ətraflı

782

abi-Fərat

1. Fərat çayının suyu.
2. Məcazi mənada: içki....    Ətraflı

784

abi-heyvan

abi-heyvan sözünün izahı. abi-heyvan sözünün mənası

Bax: abi-həyat.
Hər kimin aləmdə miqdarıncadır təbində meyl,
Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər. (M.Füzuli)...    Ətraflı

786

abi-həyat

abi-həyat sözünün izahı. abi-həyat sözünün mənası

Arxaizm. Həyat suyu, dirilik suyu (əfsanələrə görə guya zülmətdə olan bir çeşmənin suyudur ki, bunu içən heç ölməzmiş)....    Ətraflı

787

abi-həyat

Əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyu, dirilik suyu.  Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdən baxarsan,
Dolana-dolana evlər yıxarsan,
Mənim Əslim buralardan keçdimi?
...    Ətraflı

788

abi-kasni

Kasni arağı (dərman)....    Ətraflı

789

abi-kövsər

abi-kövsər sözünün izahı. abi-kövsər sözünün mənası

1. Arxaizm. Dini əfsanəyə görə guya behiştdə olan bir çayın suyu.
2. Arxaizm. Məcazi mənada: içki....    Ətraflı

790

abi-kövsər

1. Cənnətdə Kövsər bulağının suyu.
2. Məcazi mənada: içki.  Qəflətdən ayıldım, açdım gözümü,
Xaki-övliyaya sürtdüm üzümü,
Dindirdilər, haqq danışdım sözümü,
Al, iç abi-kövsərdən, qan, dedilər.
...    Ətraflı

791

abi-kövsər

Cənnətdəki kövsər bulağının suyu. (“Koroğlu” dastanının lüğəti)  Dastanda şərab mənasında işlədilir. Piyalələr abi-kövsərlə doldu. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A)...    Ətraflı

792

abi-leysan

abi-leysan sözünün izahı. abi-leysan sözünün mənası

Bax: abi-niysan....    Ətraflı

794

abi-leysan

1. Niysan (aprel) ayında yağan yağış.
2. Məcazi mənada: çox axan göz yaşı. (“Koroğlu” dastanının lüğəti)  Keçəl Həmzə asta-asta sərtövləyə yaxınlaşdı. Sərtövlənin qabağında peyinin üstə oturub göz...    Ətraflı

795

abi-mirvarid

abi-mirvarid sözünün izahı. abi-mirvarid sözünün mənası

Gözə gələn qara su, katarakta....    Ətraflı

796

abi-müshil

İşlətmə dərmanı....    Ətraflı

797

abi-neysan

abi-neysan sözünün mənşəyi, abi-neysan sözünün etimologiyası

Hərfi mənası “aprel suyu” deməkdir. Ab “su”dur (farsca), neysan isə uryanicə aprel ayının adıdır (bizə fars dilindən keçib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

799

abi-neysan

Bax: abi-leysan. (“Koroğlu” dastanının lüğəti)
Nigar xanımın gözləri elə dolub, elə dolub ki, elə bir bahar bulududu. Elə haya bənddi ki, abi-neysan kimi süzülüb tökülsün. (“Koroğlunun qocalığı”)...    Ətraflı

800

abi-niysan

1. Niysan (aprel) ayında yağan yağış, bahar yağışı.
2. Məcazi mənada: çox axan göz yaşı....    Ətraflı