Qədim türk təqvimi. Mərkəzi Asiyadakı türk dövlətlərində yarandığı və buradan Çinə keçdiyi, eyni zamanda, koreyalılar, yaponlar, vyetnamlılar, monqollar tərəfindən istifadə olunmağa başladığı güman edilir. Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərində On iki heyvan təqviminə əsasən illərin adları belədir: Sıçqan (siçovul), Oud (mal-qara), Bars (pars), Tavışqan (dovşan), Nek (əjdaha), İlan (ilan) , Yund (at) , Bay (qoyun), Biçin (meymun), Təkəqu (toyuq), It (it), Tonguz (donuz).