Reklam
Reklam
  • Ümidini üzməyəni məğlub hesab etmək olmaz. (Hind)
  • Şəhadət barmağınla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma. (Hind)
  • Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. (Hind)
  • Fildən yeddi addım, inəkdən on addım, qadından iyirmi addım, sərxoşdan otuz addım uzaq dur. (Hind)
  • Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi. (Hind)
  • Alçaq adamlar təbil kimidir, içi bomboş, hay-küyü çox. (Hind)
  • Siz tanrıya bir addım atsanız, o sizə yeddi addım atar. (Hind)
  • Korlar arasında təkgözlü də padşahdır. (Hind)
  • Ayağınız daşa dəydiyi üçün büdrəyirsiniz, dağa yox. (Hind)
  • Başqa bir insandan üstün olmaq üstünlük demək deyil. Əsl üstünlük özünün əvvəlki halından üstün olmaqdır. (Hind)
  • Ayaqqabım yox idi deyə şikayət edirdim, ta o vaxta kimi ki ayağı olmayan bir insan gördüm. (Hind)
  • Oğru hamının oğurluq etdiyini düşünür. (Hind)
  • Sevginin hökmran olduğu yerdə mümkünsüz görünən şey də gerçəkləşər. (Hind)
  • Şikayət etmək zəif insanın silahıdır. (Hind)