- Zibillikdə göbələk tez yetişər, amma tez də qopub düşər. (Gürcü)
- Yaxşı ovçunun tüfəngi pas atmaz. (Gürcü)
- Vicdanın dişi yoxdur, amma dişləyib-didir. (Gürcü)
- Vicdan əzabı qamçıdan güclüdür. (Gürcü)
- Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər. (Gürcü)
- Sirr olar iki nəfər arasında, üçüncü bildi — aləm bildi. (Gürcü)
- Pis gözətçi oğrudan da pisdir. (Gürcü)
- Odunu çox yandıran meşəyə tez-tez gedər. (Gürcü)
- Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz. (Gürcü)
- Qocalar xatirəylə yaşayır, cavanlar ümidlə. (Gürcü)
- Kəndirin uzunu yaxşıdır, sözün qısası. (Gürcü)
- Karlar var deyə zənglər iki dəfə çalınmır. (Gürcü)
- Haqq ağacını daşda da əksən qurumaz. (Gürcü)
- Göz neyləsə də, qaşdan yuxarı çıxa bilməz. (Gürcü)
- Ən ağır daşı su damcı-damcı damıb dələr. (Gürcü)
- Dişlər dilin qəsridir. (Gürcü)
- Dilin sümüyü yoxdur. (Gürcü)
- Dəvə oğurlayan da oğrudur, iynə oğurlayan da. (Gürcü)
- Dəmir od içində bərkiyər, insan ehtiyac içində. (Gürcü)
- Dartılan ip tez qırılar. (Gürcü)