- Xəta məndən, əta səndən! (Azərbaycan)
- Ağıllı fikirləşincə dəli çayı keçdi. (Azərbaycan)
- Ortada yeyir, qıraqda gəzir. (Azərbaycan)
- Sayanın quluyam, saymayanın ağası! (Azərbaycan)
- Qaş düzəltdiyi yerdə gözünü çıxartdı. (Azərbaycan)
- Keçi can hayında, qəssab piy axtarır. (Azərbaycan)
- Kor nə istər? – İki göz! Biri əyri, biri düz! (Azərbaycan)
- Harada aşdır, orada başdır. (Azərbaycan)
- Qaya dağa arxalanar. (Azərbaycan)
- Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi. (Azərbaycan)
- Gəl məni gör, dərdimdən öl! (Azərbaycan)
- Yetənə yetir, yetməyənə daş atır. (Azərbaycan)
- Gözələ göz dəyər, qəlbə söz! (Azərbaycan)
- Könül bir şüşədir, sındırsan, bitişməz. (Azərbaycan)
- Qorxan gözə çöp düşər. (Azərbaycan)
- Əldən qalan əlli il qalar. (Azərbaycan)
- Əl əli yuyar, əl də üzü. (Azərbaycan)
- Ot kökü üstə bitər. (Azərbaycan)
- Quşdan qorxan darı əkməz! (Azərbaycan)
- Gülün qədrini bülbül bilər. (Azərbaycan)