- Balta ağac kəsməzdi, sapı ağac olmasaydı! (Azərbaycan)
- Ağacı qurd içindən yeyər. (Azərbaycan)
- Sirrini dosta demə, dostun da dostu var! (Azərbaycan)
- Cəhənnəmə gedən özünə yoldaş axtarar. (Azərbaycan)
- Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Azərbaycan)
- Tikə ilə dost olanlar İllər ilə küsülü qalar. (Azərbaycan)
- Örtülü bazar dostluğu pozar. (Azərbaycan)
- Dost arası sözsüz olmaz. (Azərbaycan)
- Dost dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa. (Azərbaycan)
- Dost dostun eybini üzünə deyər. (Azərbaycan)
- Dost-düşmən qara gündə bəlli olar. (Azərbaycan)
- Dost ilə ye, iç, alış-veriş eləmə. (Azərbaycan)
- Dost min olar, candan yanan bir. (Azərbaycan)
- Dost yolunda boran olar, qar olar. (Azərbaycan)
- Dostam səninlə, pulun qurtaranacan! (Azərbaycan)
- Dostdan da sirrini saxla. (Azərbaycan)
- Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?! (Azərbaycan)
- Dostla su iç, düşmənlə bal yeməyə oturma. (Azərbaycan)
- Dostluğun telini qırma – bağlarsan, düyün qalar. (Azərbaycan)
- Dostluq düzlükdədir. (Azərbaycan)