Reklam
Reklam
  • Gülmə qonşuna, gələr başına! (Azərbaycan)
  • Gəmiyə minib gəmiçi ilə dalaşma. (Azərbaycan)
  • Evdə bişməyib, qonşudan gəlməyib! (Azərbaycan)
  • Qonşuya ümid olan şamsız qalır. (Azərbaycan)
  • Qonşunun şamından işıq düşməz. (Azərbaycan)
  • Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla. (Azərbaycan)
  • Qonşunu iki inəkli istə, özün bir inəkli olasan. (Azərbaycan)
  • Qonşu qonşuya baxar – özünü oda yaxar. (Azərbaycan)
  • Qonşu aşı dadlı olar. (Azərbaycan)
  • Qonşuda bişər, bizə də düşər! (Azərbaycan)
  • Qonşu toyuğu qonşuya qaz görünər. (Azərbaycan)
  • Qonşu payı qarın doyurmaz. (Azərbaycan)
  • Qonşu qonşu olsa, kor qız ərə gedər. (Azərbaycan)
  • Vaxtsız qonaq öz kisəsindən yeyər. (Azərbaycan)
  • Qonaqlıq yaxşı şeydir – bir gün bizdə, bir gün sizdə. (Azərbaycan)
  • Qonaq umduğunu yox, olduğunu yeyər. (Azərbaycan)
  • Qonaq qonağı istəməz, ev yiyəsi hər ikisini. (Azərbaycan)
  • Qonaq ev yiyəsinin tərlanıdır: harda bağlasa, orda durar. (Azərbaycan)
  • Qonaq "doymadım" deməz. (Azərbaycan)
  • Qonaq dediyin səhər gəlsin, axşam getsin. (Azərbaycan)