Reklam
Reklam
  • Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi.
  • Ölmədən öncə ölmək lazımdır.
  • Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.
  • Dünya onu anlayanlarındır.
  • Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi.
  • Bulud ağlamasa, çəmən gülməz.
  • Dünyada elə ac insanlar var ki, Tanrı onlara ancaq çörək formasında görünə bilir.
  • Bu dünyada xoş şeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır.
  • Sevən insanların bir-birindən ayrılmasında qravitasiyanın heç bir günahı yoxdur.
  • İşləyirik ki, asudə vaxtımız olsun, savaşırıq ki, əmin-amanlıqda yaşayaq.
  • İnsan harada müqavimət göstərərək yaşayırsa, onun həbsxanası da oradır.
  • İnsanlara əzab verən problemlər deyil, onlar barədə təsəvvürləridir.
  • Bədbəxtliyə düçar olanda insanlar taleyi, tanrıları və həyatda hər şeyi günahlandırırlar, bircə özlərini deyil.
  • Ölüm insanın başına gələ biləcəklərdən ən pisi deyil.
  • Heç kəs təsadüfən yaxşı insan olmur.
  • Nə üçün həyatda yaşadığını başa düşmək üçün nə üçün öləcəyini bilməlisən.
  • Yalnız kifayət qədər qaranlıq olanda ulduzları görə bilərsiniz.
  • Həyatımız vacib olan şeylər barəsində susduğumuz gün sona yaxınlaşır.
  • Bir qapı bağlı olanda bilmirsənmi ki, çoxları açıqdır?
  • Yaşadığın həyatı sev, sevdiyin həyatı yaşa.