- Sevən insanların bir-birindən ayrılmasında qravitasiyanın heç bir günahı yoxdur. (Albert Eynşteyn)
- Heç vaxt səhv etməyən insan, heç vaxt yeni bir şey dənəməmişdir. (Albert Eynşteyn)
- Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasına çalışın. (Albert Eynşteyn)
- Xoşbəxt yaşamaq istəyirsənsə, məqsədə bağlı ol, adam və əşyalara yox. (Albert Eynşteyn)
- Həyat velosiped sürmək kimidir: tarazlığı saxlamaq üçün hərəkət etməlisən. (Albert Eynşteyn)
- Bu həyatı yaşamağın iki yolu var. Birincisi, guya həyatda möcüzə yoxdur, ikincisi, sanki həyatımız özü möcüzədir. (Albert Eynşteyn)