Reklam
Reklam

Форум

Görməməzlik, yeməməzlik, bilməməzlik yazılışları doğrudurmu?
avatar
Orfoqrafiya lüğətinə görməməzlik, bilməməzlik, yeməməzlik kimi sözlər salınıb. Bu qəbil sözlərin morfoloji baxımdan təhlili göstərir ki, burada -lıq⁴ şəkilçisi qeyri-qəti gələcək zamanın inkarında olan feillərə (görməz, bilməz) qoşulur. Əlbəttə, görməməzlik sözünün qrammatik formasına da “don geyindirmək” olar: görməmək – inkarda olan məsdər, k-z əvəzlənməsi və s. Bununla belə, bilməzlik morfoloji konstruksiyasının həm qrammatik, həm də lakoniklik baxımından daha məqbul olduğunu düşünürük.
Войти