Ehtimal olunur ki, daban, dəbərmək, tərpənmək, təpik sözləri ilə eyni kökə malikdir. Tərpən, dabran kimi formaları da mövcud olub. Əsas mənası “hərəkət” deməkdir, “yerimək”(hərfi mənada: “daban üstündə hərəkət etmək”) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə day, dayça (dialektlərdə həmdə daylaq) sözləri var. Qaynaqların verdiyi məlumata görə, bunların hamısının qədim mənası “dəvə balası” anlamını əks etdirib, yəni “doğulan”deməkdir. Day (yəni “dayı”) və dayza (yəni “xala”) sözləri də doğan (ana) tərəfdən olan qohumlardır. Deməli, day, dayça, daylaq, dayı, dayza kəlmələrinin hamısı südlə, ilk dəfə qidalandırılmaqla, ana (bala verən, yedirdən) ilə bağlı sözlərdir, kökdaş kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “упасть” mənasını əks etdirən tay (day) feili var, sürüşkən sözünün sinonimi taylıq olub. Daya feili “dayaq qoymaq” kimi açıqlanıb. Dayan kəlməsi “опираться” kimi şərh edilib. Dayaq yuxarıdakı sözlərlə qohumdur. Bir vaxtlar -a şəkilçisi feildən feil düzəlib (tıx və tıxa sözlərində bu özünü indi də saxlayıb), day feili ilə yanaşı, daya feili də mövcud olub. Dayı (filankəsin dayısı, arxası var...) sözü də dayaq sözünün təhrifi ilə bağlıdır. ”Ananın qardaşı” anlamı ilə heç bir əlaqəsi yoxdur. “Sürüşmək” mənasında toylok feili var (məsələn, özbək dilində). Dayaq “sürüşmənin, əyilmənin qarşısını alan” kimi də başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLaydırın yana yatmaması (əyilməməsi) üçün ona dayaq qoyurlar, qədim arabalarda yastıqda deşik açılmış, dayağın bir ucu ora geydirilmişdir. Oxu dəmirdən olan arabalarda (buna el arasında “at arabası – furqon” deyirlər) dayağı dəmirdən düzəldir və bir ucunu oxa geydirirlər. Deməli, dayanacaq sözü dayamaq feili ilə bağlıdır, ”laydırın dayağı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAna qohumlarının hamısı birlikdə day adlanıb: dayza-xala, dağay, tağay -dayı, daybaş, taybaş – ana babası kimi şərh olunub. Ata tərəfindən qohumlar ən çox əm sözü ilə bağlıdır (əmi - atanın qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.) Bu, əmmək feili ilə qohumdur, “eyni döşdən süd içənlər” deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir ki, həmin kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. Mənbələrdə “кормилец” mənasını verən tuydırıcı kəlməsi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Birinin arxası olanda deyirik: ”dayısı var”. Burada dayı “ananın qardaşı” yox, dayaq sozünün dəyişmiş formasıdır. Söz mənbələrdəarxadayaq kimi də qeydə alınmışdır, sinonimlər birləşməsidir. Türkmənlər “himayəçi” mənasında arxa dayanc işlədirlər. Buradakı dayanc (dayaq) sözü ilədayı (“arxa” mənasında) eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSinonimi kimi bələkkəsdi, göbəkkəsdi, beşikkərtmə sözləri ilə də işlədilir. Deyikli sözü demək feilindəndir: valideynlər oğlanla qızı uşaq vaxtdan evləndirəcəkləri barədə bir-birinə söz deyirlər. Göbək kəsilən andan (göbəkkəsdi), beşiyə qoyulan vaxtdan (beşikkərtmə) “nişanlama” deməkdir. Demək feilindən deyik (bil-ik qəlibi üzrə) ismi, ondan da deyikli sifəti əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mülahizə söyləmək olar:
1. V.V. Radlov əsərində söz çokul kimi verilib və yox kəlməsi ilə bağlıdır.
2. Fars dilində “yalan, həqiqət olmayan” mənalı çoğul sözü var. İkinci yozum yalnız o vaxt real ola bilər ki, çoğul sözünün mənaca dəyişməsi prosesi sübuta yetirilsin. Bəzi türkoloqlar sözün pleonastik yolla (əvəzliyin sözə iki dəfə artırılması) yarandığını bəyan edirlər. M.Kaşğaridə Ol andağ dağ ol (o, belə deyil) cümləsi var. Amma buradakı dağ sözünün mahiyyəti hələ açılmamış qalır. Güman edirəm ki, dağ sözü yox kəlməsinin dəyişmiş formasıdır və deyil sözü, əslində,“yokol” deməkdir. Türkmən dilində “başqa”,”özgə” mənasını verən del sözü var. Deyil kəlməsi bununla da qohum ola bilər. Üçüncü və etibarlı yozum belədir: Anadolu türklərində başqası mənasını verən dağı (dağın) sözü var. Deyil kəlməsi onunla bağlıdır.Güman ki, M.Kaşğaridəki dağ kəlməsi ilə Anadolu türklərində işlədilən dağı sözü eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü demək feİlindən ibarətdir. -in şəkilçisi qayıdış növü, yəni leksik vahid düzəldir. -gən şəkilçisi feildən sifət düzəldir (xatırladım ki, qayıdiş növ leksik vahid olmasa, -gən şəkilçisini qəbul edə bilməzdi. Ona görə də feil növlərinin leksik vahid olub-olmaması barədəki mübahisələri yersiz hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti