Tarla sözü ilə eyni kökə malikdir. Müxtəlif türk dillərində “просо”, “зерно”, “пщеница”, “посев”, “урожай” kimi bir çox mənalarda işlədilir. Etimonu dar (tar) sözüdür: tar+la,tar-ı (darı) sözləri də bunu sübut edir. ”Dən”, ”обработка “ mənaları aparıcı yer tutur. Darı çox əməksevən bitkidir və “ обрабатывать землю“ (uyğur dilində dar feili bu cür açıqlanıb) mənası əsas götürülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli darsınqal olub, tatar dilində bu kəlmə darsınırqa kimi işlədilir. -sın şəkilçisi müxtəlif formalarda işlədilir və meyil bildirir (gülümsünmək, qohumsunmaq...). Deməli, dar-sın sözü “azca dar olmaq” deməkdir, feildir, -qal şəkilçisi isə feildən sifət düzəldir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Hövsələsiz” anlamını əks etdirir. Hövsələ sözünün bir mənası “çanaqlıq” (hövsələ sümüyü) deməkdir, digər mənası dənlik (çinədan) anlamı ilə bağlıdır. Darqursaq və hövsələsiz sözləri ona görə sinonim olub ki, hər ikisi yemin yığıldığı yeri bildirir. Qursaq dardırsa və yem çox yeyilibsə, təbii narahatlıq (partlamaya düşmək) yaradır. Məna belədir: xörəyi qursağın tutumuna uyğun yemir. Buradan da məcazi anlam meydana çıxıb: deyilən sözü həzm etməyi bacarmır və cırnamağa başlayır. Türk dillərində quymaqursaq, dürtməqursaq, darqursaq kimi bir neçə söz məhz qursaq kəlməsi ilə bağlıdır. Türkmənlərdə quymaqursaq sözü “təbii istedad” (anadangəlmə qabiliyyət) mənasında işlədilir. Dürtməqursaq isə “quyuya su tökməklə o, sulu olmaz” deyimi ilə bağlıdır, anadangəlmə məfhumunun əksini bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÜyütmək sözünün sinonimidir, eyni mənada çəkmək sözü də işlədilir. Tuva dilində çəkilmiş ət əvəzinə, dartılmış ət işlədirlər. Onlarda dartmaq, çəkmək sözləri ruscaya “размолоть” kimi tərcümə olunur. Güman edirəm ki, dartmaq və çəkmək feillərinin üyütmək kəlməsi ilə sinonim olmasının səbəbi belədir: qədim dövrlərdə dəyirman daşını fırlatmaq üçün heyvan qüvvəsindən istifadə olunub, at, eşşək və s. Dartma (çəkmə) yolu ilə daşı hərəkətə gətirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənası “atmaq” deməkdir. Görünür, daşdan döyüş vasitəsi kimi istifadə edib, onu düşmənin üstünə atıblar (Qaraca Çoban kimi). Sonra sözün həm leksik, həm də qrammatik mənası dəyişib, feil ismə çevrilib. Ehtimal ki, dışarı (kənar) sözü ilə əlaqədardır, çünki daşı kənara atıblar və ya qayadan qopub kənara düşdüyü üçün belə adlanıb. Qaya isə “sürüşkən” mənasında işlədilib, qayıq (suda üzən, sürüşən) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu şəkilçi, əsasən, şəxs bildirən isimlər düzəldir. Lakin çağdaş, kökdaş (qohum), anlamdaş, səsdaş, (Anadolu türkləri “sinonim, omonim” mənasında bu sözləri işlədir) tipli sözləri şəxs bildirmir. Mənşəyi haqqında ehtimal belədir. Yerlik hal şəkilçisi ilə əş sözünün birləşməsindən düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDaşınıb-düşünmək formasında (sinonimlər birləşməsi kimi) işlədilir. Başa düşmək, düşüncə sözlərindəki duş feili “anlamaq” mənasını əks etdirən söz olub, onun yerə düşmək birləşməsindəki ikinci komponentlə heç bir əlaqəsi yoxdur (deməli, çoxmənalılıqla bağlı deyil). “Sözüm yerə düşdü” və “Qələm yerə düşdü” cümlələrindəki düşmək də tamam ayrı-ayrı sözlərdir. Birinci misaldakı düşmək kəlməsi dış (kənar) anlamı ilə bağlıdır, yəni “sözüm hədəfə dəymədi, kənara getdi” deməkdir. Ona görə də dilçilikdə çoxmənalı sözlər və məcazi məna probleminə yenidən nəzər salmaq lazımdır. Daşınıb-düşünmək sinonimlər birləşməsidir, birinci komponent ikincinin dəyişmiş formasıdır, hər ikisi eyni söz olub (“düşünmək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTaşqar feili mənbələrdə “удалять” kimi şərh olunub, daşımaq da “bir yerdən uzaqlaşdırılıb başqa yerə aparmaq”dır. Deməli, daşımaq “dış”(daş) sözü ilə bağlıdır, “kənarlaşdırmaq” deməkdir. Daş (dış) sözündən bərk-i-məkqəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti”Kiminsə üstünə daş qalamaq (yığmaq, atmaq)” mənası ilə bağlıdır. Qalamaq sözü “üst-üstə yığmaq” deməkdir. Həcc ziyarətinə gedənlər şeytanı daşqalaq edirlər. Ola da bilər ki, daşınmaq sözü, əslində, tanışmaq (tanımaq, bilmək) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün birinci komponenti ərəbcədir, 2-ci isə özümüzünküdür. Sinonimlər birləşməsidir. İkinci hissə dalaşmaq kəlməsi ilə bağlıdır: dala-aş formasında olub, sonra saitin biri ixtisara düşüb. Feilin qarşılıq-birgəlik növündədir, “bir-birini dalamaq” (sancmaq) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti