Bu bədəndə uzunluğu 12 sm olan bir çıxıntıdır. Mənbələrdə dalaq anlayışı müxtəlif sözlərlə (dal, ayranlıq, sulaq, göy bağır...) ifadə olunub. Həmin sözlərin hər biri dalağın bir əlaməti (rənginin göy olması, çıxıntı şəklində olması, artıq qanı özündə saxlaması və s.) əsasında işlədilib. Struktur baxımından dalaq feildən törəyib (budamaq və budaq qəlibi üzrə), deməli, sözün mənşəyi feillə bağlanmalıdır. Dalaq həm də sancı sözünün sinonimi kimi işlədilib (“dalağım sancdı” deyirik). Sözün kökü dal ismidir, dala ondan törəmiş feil, dalaq isə feildən əmələ gəlmiş isimdir. Dalaşmaq, yəni “bir-birini sancmaq” (dalamaq) sözü də dalaq sözü ilə qohumdur. Əgər bizdə dalaq yerinə göy bağır, sulaq və s. işlədilibsə, dalaq fars mənşəli də ola bilər: mixək (mix və kiçiltmə şəkilçisi olan -ək) qəlibi üzrə də dalək (kiçik çıxıntı) kəlməsi yaranmış ola bilər. Bəzi dillərdə qarın boşluğunda olan üzvlərin hamısı bağır (ciyər)adlanır. Dalağa həm də göy bağır deyilməsi də bununla bağlı ola bilər. Farslar içalat yerinə, ciyərbənd işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBuna rus dilində “стоног”deyirlər. Qatdalaq (dalağın şişməsi) xəstəliyinin müalicəsində istifadə olunub. Adı da buradandır. Xalq təbabətində bir vaxtlar ondan çox istifadə olunub. Pişikotu (valeriana), dişotu (şalfey) sözlərinin qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFeilin qarşılıq növündə olan sözdür, ”bir-birini dalamaq” deməkdir. Dalamaq isə “dişləmək, qıcıqlandırmaq” mənasını verən sözdür. Gicitkanın dalaması da onun adının belə olmasına (gicitkan, “qıcıq törədən” deməkdir) gətirib çıxarmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli dalda kəlməsi ilə bağlıdır. Gilə sözü giley şəklinə düşdüyü kimi, dalda sözü daldey formasını kəsb edib. Y samiti açıq a səsini yarımqapalı e saitinə çevirib, -ey hissəsi güney, quzey sözlərindəki ilə də uyğun ola bilər (“tərəf” deməkdir). Ən etibarlı yozum belədir: söz dal-da-ey kimi olub, ey “tərəf” deməkdir: gün-ey “gün düşən tərəf” və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDalğa, dalğıc, dalğın kəlmələri ilə kökdaşdır. Qədim mənası “batmaq, qərq olmaq” deməkdir (xəyala dalmaq, suya dalmaq...). Dalğa – suyun sanki qabarması (qalxması) və çəkilməsi (batması) kimi anlaşıla bilər. Xəyala dalmaq, dalğın kimi söz və ifadələrdəki dal hissəsi feildir və “yüklənmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQərb dialektlərində “adamın yem axtarmaq üçün özünü ora-bura vurması” anlamında işlədilir. Türkmən dilində isə “yalanmaq” mənasını verir. Ehtimal ki, sözün əsli yalmınmaq olub, “yalamaq üçün nəsə əldə etməyə cəhd göstərmək” deməkdir. Türk dillərində d-y əvəzlənməsi özünü göstərə bilir (quduq və quyu...) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, bizdə qanraq sözü olub. “Kef” (damağım çağdır!), “beyin” anlamlarında işlədilən söz olub. İndi məna dəyişib, rus dilindəki “неба” mənasında başa düşülür. Mənbələrdə bunun mənası “boru” kimi açıqlanıb. Fars dilində də var, onlarda “bitkinin kökü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz barədə bir neçə ehtimal söyləmək olar:
1. Söz dam kəlməsi əsasında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qulluq göstərilib. Sözün damızlıq forması da mövcud olub. Damız sözü mənbələrdə “döl verən heyvan üçün tövlə” kimi açıqlanıb.
2. Söz döl kəlməsi ilə bağlıdır və əsli döləzik olub; (döl sözünün bir mənası “toxumluq” deməkdir). Döldaş-“nəsil, döl tutmaq - hamilə”, döləc – “doğum ərəfəsi” mənalarında qeydə alınıb. Döllə bağlı ehtimalı daha düzgün hesab edirəm. İndi damazlıq sözü “cins heyvan” kimi başa düşülür. Fars dilində dam sözünün bir mənası “ev heyvanı” deməkdir. Damazlıq kəlməsinin bu sözlə bağlı olması daha inandırıcı görünür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü dammaq məsdəri ilə bağlıdır, amma feil -cı şəkilçisi qəbul etmir. Dam kökünə -la şəkilçisi də artırıla bilər: damla (son damla qanına qədər...). Feil -la şəkilçisini də qəbul etmir. Deməli, burada tarixi araşdırma aparmaq lazım gəlir. Qədim mənbələrdə damcı, damla sözlərinin yerinə tamızım kəlməsi işlədilib. Əmizdir qəlibi üzrə damızdır feili yaranıb. -ım şəkilçisi feildən ad düzəldə bilir: öl və ölüm... Damız feilindən də həmin qəlib üzrə damızım ismi əmələ gəlib. Damcı bu sözün təhrifindən yaranıb. Damla sözü, əslində, damıla kimi olub (yaz və yazı qəlibi üzrə dam və damı sözü yaranıb), sonra feildən isim düzəldən -ı şəkilçisi reduksiya olunub (bu hal əm(i)lik, qırx(ı)lıq, sat(ı)lıq kəlmələrinə də aiddir). Söz, əslində, təqlidlə də bağlıdır (dambıltı...). Tuva dilində söz damdı kimidir. Bizdə əydi adlı alət var. Deməli, damdı həmin qəlib üzrə yaranıb, sonra damcı şəklinə düşüb, təqlidi sözdür, dambıltı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti