Ağa sözündən və üçüncü şəxsin mənsubiyyət şəkilçisindən düzəlib. C.Cabbarlı Sona xanıma Sonası dediyi kimi, bəzi adamlar da böyüyünə Ağası deyib. Daha inandırıcı yozum: ağa sözü İmam Əliyə işarədir (məs: Əlimərdan – “mərdlərin ağası” kimi yozulur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndi “qorxaq” anlamında işlədilir. Ağ ciyər (bağır) qəzəb, hiss-həyəcan mənbəyidir və ona qabaqlar “öfkə” deyilib. Həmin sözün bir mənası mənbələrdə “qəzəb” kimi açıqlanıb. Deməli, ağbağır qəzəblə bağlı olaraq “qorxaq” mənasını kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu rusca крыжовник sözünün bizdəki qarşılığıdır. “Rusca-azərbaycanca lüğət”in II cildi крыжовник sözünün tərcüməsini verə bilməmiş, yalnız onu şərh etmişdir. İndi qarağat sözünü işlədirik. Qabaqlar qızılğat (облепиха) və ağğat sözümüz də olub. -ğat “giləmeyvə” deməkdir. Anadolu türkləri ağğat əvəzinə, bəktaşi üzümü ifadəsini işlədirlər. Ağğat sözünün əsl mənası “ağ qarağat” deməkdir. Qara, ağ və qırmızı rəngdə olması ilə bağlı eyni fəsiləyə daxil olan giləmeyvə qarağat, ağğat və qızılğat şəklində adlandırılmışdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAğ sözünün bir mənası mənbələrdə “göz yaşı” kimi izah olunub. Ağla(maq), ağı demək sözləri həmin kökdən əmələ gəlib. Söz, əslində, çağı kimi olub və “su” mənasını verir. Yağış (çağış), yaş (çaş), çiskin, çən, cürdək, cuvar, carla(maq), çiy, çağla, çala kimi sözlərin hamısı su ilə bağlıdır və tarixən eyni sözdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb mənşəlidir, gerçəkliyin şüurda inikasının ali forması olub, insanın ətraf aləmə münasibətini tənzimləmə qabiliyyətidir. Bizdə us (uz, az) işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qoyun xalxalının bir adı da ağıldır. Ağıl rus dilindəki ограда sözünün qarşılığıdır. Aura sözünü türk aləmində ay ağılı kimi işlədirlər. Deməli, sözün mənası “dəyirmi olan” deməkdir. Aul, ov, oylaq sözləri də bu kəlmə ilə qohumdur: aul - keçmişdə ətrafı bağlı (çəpərli) olan, yəni qorunan əraziyə deyilib: heyvanı ovlamaq üçün əhatəyə alıb, qomarıblar. Oylaq isə “aul yok” (aul yox), yəni “auldan uzaq”, “tənhalıq yeri” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti