Fars sözüdür və mənası “40” deməkdir, farsca əsli “çellə”dir. Yay-oxun kirişinə deyirlər. Görünür, 40 sapdan olurmuş. Uşaq anadan olandan 40 gün sonra onun çilləsini alırlar. Dekabrın 25-dən fevralın 5-ə qədər olan dövr (təxminən, 40 gün edir) böyük çillə hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOrağın dişli formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini qab) ilk dəfə Çində istehsal olunduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Həqiqət mənasında işlədilən bu söz Çin dilindən keçmişdir (mənası “həqiqət”dir), rütbə mənasındakı çin də Çin dilinə məxsusdur (çinovnik, çin-çin yığmaq sözləri də buradandır). Qab mənasındakı çən (neft çənləri) sözü də, bəzi alimlərin fikrincə, Çin dilindən kəçmədir, çəllək sözü ilə qohumdur. Həqiqət anlamını verən çin sözü ilə eyni deyil, omonimdir (“mərtəbə” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDəniz (tengiz) kəlməsi ilə qohumdur. Güman edirəm ki, çingiz sözü dəniz sözündən qədimdir və onun çi hissəsi “su” anlamı ilə bağlıdır: çiləmə,çisək, çən, çay kimi sözlər su ilə əlaqədardır. Dəniz (çingiz) böyüklük, həyat, aydınlıq əlamətidir, ona görə də şəxs adı kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇitəmək, çətən, çit sözləri kökdaşdır, “плетен” mənasını verir. Ситец formasında rus dilində də işlədilir. Bir çox mənbələrdə çit sözü hind mənşəli hesab olunur və “ala-bəzək” mənasını verən leksik vahid kimi təqdim olunur. Əslində, türk sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti