Qırpmaq sözü “kəsmək” deməkdir. Biçindən sonra yerdə qalan hissə “qırpı” adlanıb. Çırpı da bununla qohum ola bilməzmi? Qırpıq (kəsik), qıt (kəsilmiş) sözləri də qırp feili ilə kökdaş olub. Çırpmaq feili ilə qohumdur. Çırpma (zərbə) zamanı qopub tökülən xırda çubuq qırıntılarına deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBunun müxtəlif növləri olub: 1) qan çibanı (furunkul), 2) göz çibanı (itdirsəyi), 3) ərgənlik çibanı (üzdə sızaqlar), 4) atəş çibanı (прыщ) və s. Qədim dövrdə çiban indiki innabın adı olub. Yuxarıdakı növlər zahirən innabın meyvəsinə oxşardır. Ona görə də meyvə adı yara adına çevrilib. Ərəb sözü olan innab meyvəni əks etdirib, çiban öz mənasını dəyişməyə məcbur olub. Maraqlıdır ki, latın sözü olan və rus dilində də işlədilən “карбукнул”un mənası “göz” deməkdir. Böyük çiban məhz gözə oxşayır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, fars mənşəlidir, çadır, çətir kəlmələri ilə qohumdur, çi (ça, çə) hissəsi çəhar sözünün ixtisarından əmələ gəlib, -dar(-dır, -tir) hissəsi farsca “ip, sap, kəndir” mənalarını əks etdirən söz olub. Dar ağacı ifadəsindəki dar (kəndir) sözü də bununla bağlıdır. Çidar (çadır, çətir) dörd ipdən hörüldüyü (toxunduğu) üçün belə adlanıb. Bizdə çidar yerinə kişən sözü olub və sıradan çıxıb (ehtimal ki, köşə sözü ilə qohum olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti