Həyasız adamlara, xüsusən də qadınlara el arasında çəngi deyirlər. Bu söz qaraçılarla bağlıdır; göbəyini oynadaraq rəqs edən qaraçı qızlarına çəngi deyilib. İndi çəngi sözü “davakar” mənasını kəsb edib. Ehtimal ki, çəngə sözü ilə qohumluğu var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGüman ki, fars mənşəlidir və çəhar pər (və ya çəharpərək) kimi olub. Pərək indi “pərdə” (burun pərdəsi, qoz ləpələrini ayıran pərdə) anlamını əks etdirir. Sinonimi olan hasar isə ərəbcədir, mühasirə kəlməsi ilə eyni kökə malikdir. Bizdə onların yerinə ağıl işlədilib (qoyun salınan yeri yada salın), mənası “dörd tərəfi bağlı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti