Xəşili çalırıq, nehrəni isə çalxayırıq. Hər iki sözün kökü (çal) eynidir və hərəkətlə, zərbə ilə bağlıdır. Mənbələrdə çalxa sözünün bir mənası da ruscaya “колебаться”kimi tərcümə edilib. Maraqlıdır, nehrəni çalxayanda qatıq gah bu, gah da o divara çırpılır (gedir və qayıdır, “колебаться” eləyir), çalınır (dəyir). -xa şəkilçisi proses (işin davam etməsi) bildirir. Sözün çalxalamaq forması da var, səpələmək qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “əlbəyaxa tutaşma”, “mübarizə” kimi şərh olunub. Çalpaşıq kəlməsi də var, “ziddiyyətə qovuşmuş” mənasını verir (bu çəp kəlməsi ilə də bağlı ola bilər). Güman edirəm ki, sözün əsli əlləşmək olub, sonra çalışmaq, çəlləşmək şəklinə düşüb (əlbəyaxa tutuşma ifadəsi ilə əlləşmə, təxminən, eyni şeydir). Sözün qarışmaq, (qatışmaq) mənasını da nəzərə almaq olar: çalış “işə qarış” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənaları çoxdur: qatıq çal, xəşil çal, mıxı yerə çal, çalmanı başına çal, saz çal və s. Çalxamaq sözü də çalmaqla bağlıdır. “Qatıq çal”, “xəşil çal”, “nehrə çalxa”cümlələrində çal sözü “qarışdır” mənasındadır: çalasını südə qat; xəşili oxlovla qarışdır (bula), nehrədə qatığı zərbə yolu ilə qarışdır. Mıxı çal cümləsində çal “zərbə endir” deməkdir, çalma ilə əlaqədar çal sözü bağla deməkdir, sazla əlaqədar çal sözü “səsləndir (oxut,dilləndir)” deməkdir. Mıxla bağlı çal sözü qaxmaq sözünün təhrifidir. Çalış (əlləş, çəlləş) sözü də “qatışmaq” anlamı ilə bağlıdır, “işə qatış”(qoşul) anlamını verir. Otu çalmaq ifadəsində çalmaq zərbə ilə bağlıdır. Çaxmaq (çaxmaq daşı), qığılcım (əsli: kığılcım) sözləri də az və ya çox dərəcədə zərbə anlayışı ilə əlaqədardır. İlan çalmaq ifadəsində çalmaq “iynə, sancaq” anlamına uyğun gəlir. Bəzi dillərdə жало sözünün mənası çaqqıç kimi verilir. Məncə, çal sözü “zərbə” deməkdir. “Qulağım çalıb ki, sən filan işi eləmisən” deyirik. Mənbələrdə çalmaq sözünün bir mənası “достигать” kimi tərcümə olunub. Deməli, burada çalmaq sözü çatmaq kəlməsinin mənasında işlədilib, onunla tarixən eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimoloji mənası “oxumaq” deməkdir. Çalar sözü ruscaya “поющий” kimi tərcümə olunub, çalğı isə певчий kimi verilib. Qax rayonunda Nə oxuyursan (deyirsən) əvəzinə, nə çalırsan işlədilir. Mənbələrdə bülbül əvəzinə çalğı quş ifadəsi vardır. Fit çalmaq ifadəsindəki çal sözü də məhz “oxumaq” mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRənglə bağlı işlədilir: rəngi boz, çal və digər çalarlardan ibarət olan papaq belə adlanır. Deməli, çalsaqqal və çalpapaq sözlərindəki çalhissəsi rəng adıdır, “kül rəng” deməkdir. Papağın rənginə görə belə ad qoyublar, “boz papaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Su” anlamını əks etdirən qədim ça kökü ilə bağlıdır. Suyu çox olan palçığa, bulanıq suya deyirlər. Çiləmək, çağış (yağışın qədim forması), celin (“yelin”in qədim forması ) tipli sözlərdəki çi, ça, ce hissələri ilə “çamır”dakı ça hissəsi eyni sözün müxtəlif formalarıdır. Ağdaş rayonunda çamır sözü çamra (bulanıq) kimi işlədilir. Dilimizdə çamxırmaq (Qazax rayonunda “bədsifət” anlamını əks etdirir), çəmkirmək, çımxırmaq (birinin üstünə qışqırmaq, üz-göz bozartmaq) kəlmələri də mövcuddur. Bunlardan tərkibində olan çam, çəm, çım hissələri ilə “çamır”dakı çam eyni şeydir, hamısı “natəmizlik, bulanıq, tutqunluq” mənaları ilə bağlıdır və kökü “su” anlamına gedib çıxır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOrqanizmdə bir sümüyün digərinə girdiyi çökəklik (бедро) bu cür adlanır. Çökək sözünün dəyişilmiş formasıdır (бедро da “çökək” deməkdir). Çanaqlıq bel sümüyü üçün dayaq vəzifəsini görən “kəmər”dir, kasa (çanaq) şəklində olur. Çanaq – “içioyuq” (яма) deməkdir. Çüyəcə (çalov, ölçü qabı), cürə (kiçik saz), çömçə sözləri də bununla kökdaşdır, hamısının içi oyuqdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti