Dür (dürlü) kəlməsinin dəyişmiş formasıdır: “dürlü –dürlü” (növlü –növlü) deməkdir. Dür və cür eyni sözün iki fonetik tərkibdə yaşamasıdır. Dür tədricən aradan çıxmağa doğru gedir. Cürbəcür sözündəki bə hissəsi qədim bağlayıcımız olan (“və” mənasında işlədilib) “mə”nin dəyişmiş formasıdır (darmadağın sözündə hifz olunub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Su qabı” deməkdir. Cür “su”dur, -dək isə “qab”dır, daqqa sözünün qədim kökü daq olub, o da -dək şəklinə düşüb. Hazırda cürdək sadə söz hesab edilir. Ermənilərdəki cür (su) sözü də bizdən götürülüb. Cür sözünün türk dillərində “su” demək olmasını cuyuq, çağış (yağış), carla (suya çək), çən (duman –çən), çisək, çiləmək, çi (şeh) sözləri də sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, hüceyrələrin çürüməsi ilə müşayiət olunan qorxulu xəstəliyin adıdır (ruslar buna “проказа”deyirlər). Bizdə bu xəstəliyin adı ala olub. Səbəbi isə odur ki, dəridə ləkələr əmələ gəlir. Miskin xəstəliyi də adlanır. El arasında indi həmin xəstəliyə yeyilmə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti