Mənbələrdə rus dilinə “удалить” kimi tərcümə edilib. Cıdı kəlməsi də var və “tez” anlamını bildirib. Görünür, cıdır feil olmaq əlamətini itirib və isimləşib (müqayisə et: əydi - bıçaq növüdür). Dilimizdə “aradan çıxmaq”, “qaçmaq” mənalarındacırdı sözü də işlədilir. Görünür, cıdır və cır(dı) sözləri eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır və əsli “ciqqə”dir, “əlavə” deməkdir. Saçın ucundakı saçaqlara deyilir: Dal gərdəndə cığa telin tökmüsən. (M.Cümə). Cığalı(təcnis) da buradandır. Özbəklərdə belə yozumu var: təzə bəyin papağında metaldan dairəvi bəzək və ona bərkidilmiş lələk (durna teli və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti